"Trampın ərazi iddiaları həm də Avropa Birliyinə meydan oxumaqdır, çünki..." - ŞƏRH

"Trampın ərazi iddiaları həm də Avropa Birliyinə meydan oxumaqdır, çünki..." - ŞƏRH

Son günlər ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın qalmaqallı çıxışları müzakirə obyekti olub.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Nazim Cəfərsoy deyib ki, Tramp hələ prezident olmadan bir sıra böyük geosiyasi məsələlərlə bağlı meydan oxuyur:

 

“Bunlardan biri Kanadanın ABŞ-nin 51-ci ştat olması təklifi əsasında Britaniyaya meydan oxumasıdır. Çünki Kanada “Commenwalt” üzvüdür və Britaniya kralı həm də Kanada kralı və dövlət başçısı hesab edilir. Britaniya kralı Kanadaya general-qubernator təyin edir. Kanada 1931 razılaşması ilə müstəqil dövlət sayılsa da, general-qubernatorun hüquqi və inzibati səlahiyyətləri çox olmasa da, siyasi və simvolik baxımdan bu durum yetərincə önəmlidir. Donald Trampın Qrelandiya adasına dair iddiaları isə Danimarka ilə yanaşı, Avropa Birliyinə də meydan oxumaqdır. Danimarkanın Avropa Birliyinin üzvü olmasını unutmamalıyıq”.

 

Ekspert bildirdi ki, yeni prezidentin Panama kanalına dair iddiaları bölgədə artan Çin təsirinə meydan oxumaq deməkdir:

 

“Son illərdə Panama kanalı bölgəsində Çinin çox ciddi fəaliyyətləri var. Trampın Meksika Körfəzinə dair iddiası isə Amerika qitəsində ABŞ-dən sonra ən ciddi güc və iddia sahibi Meksikaya meydan oxumadır. Ümumiyyətlə,Trampın müstəqil dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə dair açıq iddiaları və təzyiqləri gündəmə gətirməsi mövcud beynəlxalq münasibətlər sisteminin əsas sütunlarını baltalamaq deməkdir”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

"TikTok"-da şantaj olunan qadının nişanı pozuldu: İşdən çıxarıldı - VİDEO

Qadının "TikTok" sosial şəbəkəsində olan səhifəsindəki şəkillərini götürüb adına saxta səhifə açıblar.   Sfera.az xəbər verir ki, &quo...

Uçuş təxirə salındı - Sərnişinləri təyyarədən düşürdülər

Yerli vaxtla saat 02:00-da İstanbuldan Moskvaya uçmalı olan "Aeroflot"a məxsus "SU-2139" təyyarəsi texniki nasazlıq səbəbindən yola düşə bil...

İtkin düşən 9 nəfər tapıldı

Yanvarın 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı apa...

Zəngəzur dəhlizi: Regionun gələcəyini dəyişən strateji yol - Elnur Məcidli YAZIR...

Zəngəzur dəhlizi, Cənubi Qafqazda mühüm strateji və iqtisadi əhəmiyyətə malik bir nəqliyyat və kommunikasiya layihəsidir. Bu dəhliz, Azərbaycanı Naxçıvan Muxtar...

Əhalinin NƏZƏRİNƏ: 3 gün ardıcıl iş olmayacaq

Gələn həftənin ilk iş günü 20 Yanvar - Ümumxalq Hüzn Gününə təsadüf edir.   Sfera.az xəbər verir ki, 18 və 19 yanvar tarixləri şənbə və bazar günü ol...

Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Yanvarın 14-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 54 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.    ...