Tramp xanım baş naziri “elektrik naqili” adlandırdı - Maraqlı AÇIQLAMA
Siyasət
12:20 / 09.12.2024
5745
“İtaliyanın baş naziri Ciorcia Meloni “inanılmaz enerjiyə” malikdir və onunla görüş gözəl keçdi”.
Sfera.az xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp “The New York Post” qəzetinə müsahibəsində deyib.
“Onunla çox danışdım. O, əsl canlı “elektrik naqili”dir və gözəldir”, - Amerika lideri bildirib.
Tramp siyasətçilərin bir-biri ilə ortaq dil tapdığını da qeyd edib. Bildirib ki, o bu qrup dünya liderləri ilə artıq tanışdır və onlarla birlikdə dünyanı bir az dəyişdirməyə ümid edir.
Vasif
Sfera.az