Şolts uzun müddətdən sonra Kiyevdə: "Ukrayna bizə etibar edə bilər"

Şolts uzun müddətdən sonra Kiyevdə: "Ukrayna bizə etibar edə bilər"
Kateqoriya məlum deyil
T

Almaniya kansleri Olaf Şolts Ukraynanın paytaxtı Kiyevə gəlib. 

 

Sfera.az bildirir ki, bu barədə özü paylaşım edib. Kiyevdə vağzalda qarşılanan Almaniya kansleri sosial media hesabında əlindəki çamadanla qatardan düşdüyü fotosunu bölüşüb. O qeyd edib ki, səfərinin məqsədi danışıqlar aparmaqdır. 

 

“Ukrayna bizə etibar edə bilər. Biz nə edəcəyimizi deyirik və dediyimizi də edirik. Bunu bir daha aydınlaşdırmaq üçün Kiyevə yola düşdüm”, - Şolts bildirib.

 

Almaniyanın Ukraynanın Avropada ən güclü dəstəkçisi olmağa davam edəcəyini vurğulayan Şolts Zelenski ilə görüşündə 650 milyon avro dəyərində yeni müdafiə avadanlığının tədarükünü açıqlayacağını deyib.

 

Günay 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR