"Heç bir ölkə və ya təşəbbüs bu problemləri təkbaşına həll edə bilməz" - COP29 prezidenti

"Heç bir ölkə və ya təşəbbüs bu problemləri təkbaşına həll edə bilməz" - COP29 prezidenti

"Göstərməliyik ki, qarşımıza qoyduğumuz hədəflərə çatmağa hazırıq".

 

Sfera.az xəbər verir ki, bunu COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılış mərasimində bildirib.

 

M.Babayev qeyd edib ki, heç bir ölkə və ya təşəbbüs bu problemləri təkbaşına həll edə bilməz:

 

"Bu, hər kəsin işidir. Uğur və ya uğursuzluq bir yerdə toplanacaq. Buna görə də sizə mesajımız budur: hamınız o körpüdən keçməlisiniz".

 

"Əziz dostlar, biz müxtəlif icmaların yaşadığı yerlərdə toplaşırıq. Ancaq ortaq insanlığımızı, paylaşdığımız rolu və əməkdaşlığın qarşılıqlı faydasını heç vaxt unutmamalıyıq", - COP29 Prezidenti vurğulayıb.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR