Bakı sülh sazişini Paşinyanla imzalamaq istəmir - Əmirbəyov


Bakı sülh sazişini Paşinyanla imzalamaq istəmir - Əmirbəyov

Azərbaycan Ermənistanın bir sıra mühüm maddələri hələ də razılaşdırılmamış sülh müqaviləsi imzalamaq təklifini qeyri-real və qəbuledilməz hesab edir.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.

 

Əmirbəyov jurnalistin Ermənistanın Almaniyadakı səfirinin Ermənistanın sabah da Azərbaycanla sülh sazişi imzalamağa hazır olması barədə bəyanatına rəsmi Bakının necə yanaşdığı ilə bağlı sualını cavablandırarkən bu bəyanatın səmimiliyinə çox şübhə etdiyini vurğulayıb.

 

“Tamamlanmamış, yarımçıq sazişin günü sabah imzalanması təklifi nəinki qeyri-real və qəbuledilməzdir, eyni zamanda ictimaiyyətdə yanlış fikir formalaşdırmaq cəhdidir. Tərəflər saziş layihəsinin hələ açıq qalan bir neçə mühüm müddəası ilə bağlı razılığa gəlməlidir və onlarsız sənəd natamamdır”, - Azərbaycan Prezidentinin nümayəndəsi qeyd edib.

 

Onun sözlərinə görə, sülhə nail olmaq yolunda əsas maneə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisinə Ermənistanın konstitusiyasında əksini tapmış ərazi iddialarıdır.

 

E.Əmirbəyovun sözlərinə görə, bu problemi görməzdən gəlmək otaqdakı fili görməməyə bərabərdir.

 

“Bununla Ermənistan beynəlxalq ictimaiyyəti çaşdırmaq, guya sülh prosesində konstruktiv iştirak etdiyini göstərmək istəyir, əslində isə vaxtı uzadır və sülh prosesini çıxmaza salır. Ermənistan Qərbdən, o cümlədən Aİ-dən, ABŞ-dən və ayrı-ayrı Aİ dövlətlərindən qeyri-məhdud sayda diplomatik, iqtisadi və hərbi yardım almağa başlayan kimi danışıqlarda konstruktiv iştirak etməyə olan marağını itirib və belə görünür ki, Azərbaycanla sülhə nail olmaq artıq onlar üçün prioritet deyil”, - o vurğulayıb.

 

Jurnalistin nəticə əldə olunmasını sürətləndirmək üçün tərəflər Zəngəzur dəhlizinin açılması məsələsini sülh sazişi çərçivəsindən kənara çıxarmaq və elə bu formada Ermənistan konstitusiyasına düzəlişlərin sülh sazişinin imzalanmasından sonrakı dövrə təxirə salınmasının mümkünlüyü barədə sualını cavablandıran Əmirbəyov qeyd edib ki, bu iki məsələ arasında paralel aparmaq tamamilə yanlışdır, çünki onlar davamlı sülhün əldə olunması üçün əhəmiyyətinə görə tamamilə fərqlidir.

 

“Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilk gündən münaqişənin əsas səbəbi olub və davamlı sülhə nail olmaq üçün bu problemi birdəfəlik aradan qaldırmaq lazımdır. Bunu isə Ermənistan konstitusiyasını dəyişmədən etmək mümkün deyil. Ermənistan konstitusiyası indiki formada qalarsa, sülh sazişi qısamüddətli olacaq, çünki Azərbaycanla sülhə qarşı çıxan hər hansı yeni Ermənistan rəhbərliyi sazişin hüquqi cəhətdən daha üstün olan konstitusiyaya uyğun olmadığını əsas gətirərək onu sadəcə olaraq denonsasiya edəcək. Başqa sözlə, Azərbaycan sülh sazişini baş nazir Paşinyanla deyil, Ermənistanla imzalamaq istəyir”, - o deyib.

 

Əmirbəyovun sözlərinə görə, məhz elə buna görə Azərbaycan zamanla münaqişənin yenidən canlanması baxımından və yeni faciələrə səbəb ola biləcək heç bir hüquqi boşluq buraxa bilməz, buna görə də biz uzunmüddətli Ermənistan-Azərbaycan qarşıdurmasının əsas səbəbini aradan qaldırmalıyıq.

 

Zəngəzur dəhlizinə gəlincə, Azərbaycan Prezidentinin nümayəndəsi əlavə edib ki, rəsmi Bakı hələ də onun açılışına böyük önəm verir. “Azərbaycan bu məsələnin sülh sazişi çərçivəsindən kənara çıxarılmasına razılıq verməklə bizi gözü götürməyən bədxahlara bu məsələnin həll edilməmiş mahiyyətindən istifadə edərək Azərbaycanı ümumi irəliləyişə xələl gətirən tərəf kimi təqdim etməsinə səbəb verməmək istəyindən çıxış edib”, - deyə Əmirbəyov fikrini tamamlayıb.


OXŞAR XƏBƏRLƏR

Aeroport yolunda sürət həddi endirildi

Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) N...

Lənkəranda qətlə yetirilən gənc qıza görə öldürülüb? - VİDEO

Oktyabrın 17-də Lənkəranda baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub.   Xatırladaq ki, qeyd edilən tarixdə 2000-ci il təvəllüdlü Elnur Cəfəro...

2 saatlıq konsert üçün qazanacağı pul dodaq uçuqlatdı - FOTO

Türkiyəli müğənni Şevval Sam bayram münasibətilə 2 saatlıq konsert verəcək.   Bunun üçün müğənniyə bələdiyyə tərəfindən 5 milyon 300 min TL ödənəcək....

Yeni Dehlidə Yamuna çayını toksik köpük örtüb

Hindistanda müqəddəs sayılan və paytaxt Yeni Dehlidən keçən Yamuna çayı insanların sağlamlığı üçün təhlükə yarada biləcək qalın ağ köpük təbəqəsi ilə örtülüb. ...

Gəncədə partlayış baş verən binanın sakinləri köçürülür - VİDEO

Gəncədə ötən gün partlayış baş verən binadan sakinlərin köçürülməsinə başlanılıb. Onlar yeni mənzillə təmin edilənə qədər kirayədə qalacaqlar.   Sfer...

Qəddafinin qızı Moskvada diktatoru vəsf edən rəsm sərgisi açdı - FOTOLAR

Moskvada Liviya diktatoru Müəmmər Qəddafinin qızı Ayşə Qəddafinin rəsm sərgisi açılıb. Aişə özü də Rusiya Federasiyasına gəlib və atasının təsviri olan yeni tab...