"Şimali Koreya, Rusiya və İran Ukraynanın yox, ABŞ-nin düşmənləri idi, Qərb indi Kiyevi yalnız qoyursa..."

"Şimali Koreya, Rusiya və İran Ukraynanın yox, ABŞ-nin düşmənləri idi, Qərb indi Kiyevi yalnız qoyursa..."

Cənubi Koreya kəşfiyyatı şimaldakı rejimin Rusiyaya hərbi kontingent göndərdiyi barədə xəbərləri təsdiqləyib. Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Şimali Koreyanın 12 min əsgər göndərməyə qərar verdiyi bildirilir. Artıq onların bir qismi - 1500 əsgər Rusiyadadır və hazırlıq keçirlər. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Şahin Cəfərli deyib ki, Qərb hazırda iflic vəziyyətindədir:

 

“Hər kəs ABŞ seçkilərinin nəticələrinə kökləndiyi üçün ciddi qərarlar qəbul edilmir. Baydenin Ukrayna müharibəsi ilə bağlı bədnam "yardım etmək, amma eskalasiyanı yüksəltməmək" strategiyası iflasa uğrayıb. Qarşı tərəf başqa dövləti birbaşa müharibəyə cəlb etməklə artıq çox ciddi eskalasiyaya gedib və bunun cavabı olmalıdır.   Ukraynanın Şimali Koreyadakı rejimlə, eləcə də Rusiyaya hərbi dəstək verən digər dövlət - İranla hansısa ciddi problemləri yox idi. Bunlar Ukraynanın yox, ABŞ-nin düşmənləridir və müharibəni Rusiya-ABŞ (Qərb) müharibəsi kimi qəbul etdikləri üçün Moskvaya kömək göstərirlər. ABŞ isə qulağının üstünə yataraq bu müharibəni kənar müşahidəçi qismində şərh etməyə davam edir”.

 

Ekspert qeyd etdi ki, Ukraynaya bundan sonra da yetərli dəstək verilməsə, gərək Qərb “şələ-küləsini yığışdırıb” dünya siyasətindən çəkilsin:

 

“Başqa bir tərəfdən, Rusiyanın əvvəlcə döyüş sursatı, sonra isə canlı qüvvə dəstəyi üçün Şimali Koreyaya müraciət etməsi onun resurslarının tükənməzliyi barədə rəy və təsəvvürlərin nağıl olmasının sübutudur. Ukraynaya hərbi dəstəyin keyfiyyəti və kəmiyyəti yüksəldilərsə, bu düşməni geri oturtmaq tamamilə mümkün vəzifədir”.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...