"Sinvarın ölümü ilə HƏMAS-a dəstək olan dövlətlər belə..." - ŞƏRH

"Sinvarın ölümü ilə HƏMAS-a dəstək olan dövlətlər belə..." - ŞƏRH

Ötən gün İsrail ordusu HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünü bildirib. Ordunun məlumatına görə, Qəzzadakı əməliyyatlarda 3 terrorçu məhv edilib və onlardan biri Yəhya Sinvardır. HƏMAS isə bu xəbərlərə rəsmi şərh verməyib. Xatırladaq ki, HƏMAS-ın bundan öncəki lideri İsmayıl Haniyə iyulun 31-də Tehran yaxınlığında İsrail zərbəsilə öldürüləndən sonra Sinvar bu posta keçmişdi.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi təhlilçi Aqşin Kərimov xatırladıb ki, İsrail Avropadan ona olan basqılara cavab olaraq kəşfiyyat əməliyyatı ilə hesabatların ortaya çıxmasına nail oldu:

 

“Söhbət Avropa Liderlik Şəbəkəsi (ELNET) tərəfindən yayımlanan hesabatlardan gedir və yüksək ehtimalla Avropa ölkələrində fəaliyyət göstərən HƏMAS-a bağlı təşkilatlar və şəxslərin geniş şəbəkəsinin geniş ifşasında İsrail kəşfiyyatının da rolu olub. HƏMAS-ın təşkilatlanması və maliyyələşdirilməsi Yaxın Şərq siyasətində təkcə İran üçün deyil, həm də regionda maraqları olan digər güclər üçün də lazımdır. Eyni zamanda, HƏMAS-a dəstək olan qüvvələri mötədilləşdirməyə məcbur etmək İsrailin indiki siyasətinin aparıcı xəttinə çevrilib. Sinvarın ölümü isə İsrailin maksimalist ideallarını stimullaşdıracaq bir aktdır. Hətta tədricən HƏMAS-a dəstək olan dövlətlər belə Təl-Əvivlə güzəşt masasına oturmağa məcbur ola bilər”.

 

A.Kərimov bildirdi ki, İsrailin Sinvarın ölümünü zamanlaması İranın kəşfiyyat xidmətlərinin tənqidlərlə üzləşməsi fonunda maraq kəsb edir:

 

“İsrail İranda SEPAHdaxili şübhə trayektoriyasını yönləndirmək və onu şiddətləndirməklə Tehranı daxildən zəiflədən kodeksini işə salır. Yəni İran İsrail agentlikləri ilə əməkdaşlıqda ittiham olunan kəşfiyyat rəsmiləri ilə bağlı bir sıra yüksək səviyyəli iddialarla üzləşdiyi zamanda Sinvarın ölümü bu prosesə əlavə rəng qatacaq. İsrailin İran və onun proksi oxlarına qarşı bu qədər hücumundan sonra İranın daxilində hakimiyyətdaxili rəqabətdə qazanclı çıxan əsas şəxs isə Seyid Əli Xameneidir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Qəzza ilə bağlı danışıqlar davam etdiriləcək

İsrailin Baş naziri Benyamin Netanyahu danışıqlarda iştirak edən komandasına Qətərdə Qəzza zolağında vəziyyətin nizamlanması və girovların azad edilməsi ilə bağ...

ABŞ-də avtomobili partlatmaqda şübhəli bilinən şəxs ordunun çavuşu olub

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Las-Veqasdakı hotelinin qarşısında “Tesla Cybertruck” avtomobilinin partlayışında şübhəli bilinən şə...

Prezidentin Qusarda vətəndaşlarla səmimi görüntüləri - VİDEO

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin bu gün Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” hoteli...

Konqoda avtomobil yolunun tikintisində iştirak edən iki çinli öldürüldü

Çinin iki vətəndaşı Konqo Demokratik Respublikasının (KDR) cənubunda bir qrup yerli mütəxəssisi mühafizə edən polis zabiti tərəfindən öldürülüb.   Sf...

İlon Mask FTB-də islahatların zəruri olduğunu açıqladı

Amerikalı iş adamı İlon Mask FTB-də ciddi islahatların aparılmasının zəruri olduğunu bildirib.   Sfera.az xəbər verir ki, iş adamı bu barədə “X...

Avropada qazın qiyməti ən yüksək həddə çatdı

Bu gün Avropa ölkələrində qazın qiyməti 2023-cü ilin oktyabrından bu yana ən yüksək həddə çatıb.    Sfera.az xəbər verir ki, bu barədə “Bl...