Milli Məclis İlham Əliyevə və Mehriban Əliyevaya TƏBRİK ÜNVANLADI

Milli Məclis İlham Əliyevə və Mehriban Əliyevaya TƏBRİK ÜNVANLADI
Kateqoriya məlum deyil
T

Son 100 illikdə ölkəmiz iki dəfə müstəqillik yaşayıb.


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 18 oktyabr 2024-cü il tarixli iclasında parlamentin sədri Sahibə Qafarova deyib.


“1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı, təəssüf ki, xalqımızın əsrin əvvəllərində qurduğu dövlət 23 ay mövcud oldu. Sonradan 1991-ci ilin 18 oktyabrında müstəqilliyimiz bərpa olundu. Bu dövr ərzində Prezident İlham Əliyevin daxili və xarici siyasəti ölkəmizi zirvələrə yüksəldib“, - sədr bildirib.


S.Qafarova 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbacyan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik ünvanlanmasını təklif edib. Deputatlar alqışlarla bu təklifi dəstəkləyiblər. 

 

Firuzə Əliyeva

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR