"Fransa iddia etdiyindən fərqli olaraq demokratiyadan çox uzaqdır" - ŞƏRH

"Fransa iddia etdiyindən fərqli olaraq demokratiyadan çox uzaqdır" - ŞƏRH

Oktyabrın 15-də Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan, tanınmış fəal Kemi Seba Fransa hüquq mühafizə orqanları tərəfindən qeyri-qanuni şəkildə saxlanılıb. Paris hələ də rəsmi mövqe açıqlamayıb. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Sebanın həbsi Fransa hakimiyyətinin artıq azadlıq uğrunda mübarizədən çəkinməyə başladığını göstərir. Onun sözlərinə görə, rəsmi Paris özünün iddia etdiyindən fərqli olaraq demokratiyadan çox uzaqdır. 

 

“Görünən odur ki, Yelisey Sarayı kolonialist siyasətini davam etdirməkdə israrlıdır. Əks halda belə təqiblərə yol verməzdi. Davam edən müstəmləkəçilik siyasəti isə, şübhəsiz ki, Fransaya müsbət nə isə verməyəcək. Əksinə, imicinə getdikcə daha çox zərbə vuracaq. Fransa hakimiyyəti bu barədə düşünməlidir”.

 

Siyasi şərhçi qeyd etdi ki, beynəlxalq ictimaiyyət Sebanın həbsinə reaksiya verməlidir:

 

“Rəsmi Paris qınanmalı və afrikalı siyasətçinin azadlığa buraxılması tələb olunmalıdır. Əks halda beynəlxalq ictimaiyyət də Fransanın bu qəbuledilməz addımına şərik olacaq.  Beləliklə, Fransa əslində öz-özünü ifşa edir. Əgər belə davam edərsə, Yelisey Sarayının dünyadakı nüfuzu getdikcə azalacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...