“3+3” formatında növbəti görüş: Nələr gözlənilir? - AÇIQLAMA

“3+3” formatında növbəti görüş: Nələr gözlənilir? - AÇIQLAMA

Sabah İstanbulda keçiriləcək “3+3” (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya, İran) regional məsləhət platformasının üçüncü iclasında da Gürcüstan iştirak etməyəcək. Qeyd edək ki,  Gürcüstan dəfələrlə bu formatda iştiraka dəvət olunub, lakin hələ də onun işinə qoşulmayıb. Əvvəlki iki görüş 2021-ci ilin dekabrında və 2023-cü ilin oktyabrında müvafiq olaraq Moskva və Tehranda keçirilib.

 

Maraqlıdır, Gürcüstanın iştirak etməməsinin əsas səbəbləri nədir və hansı nəticələrə səbəb olacaq? Ümumiyyətlə, “3+3”ün iclasından gözləntilər nələrdir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Gürcüstanın iclasda iştirak etməməsinin səbəbi ölkənin xarici siyasətində yaranan dilemma ilə bağlıdır:

 

“Gürcüstanda keçiriləcək prezident seçkisi Qərblə Rusiyanın ciddi mübarizəsinə səbəb olur. Rusiyanın marağı Gürcüstanda indiki iqtidarın bir az gücləndirilmiş şəkildə davam etməsidir. Belə ki, prezident üsulu idarə dövründə ölkənin rəhbəri prezident idi, amma indi o, ölkənin ikinci şəxsi sayılır və iqtidarın əsas əleyhidarına çevrilib. Gürcüstanın ərazi münaqişələrində indiki iqtidarı Rusiya ilə əməkdaşlığı xüsusi bir üstünlük kimi qəbul edir ki, Abxaziya və Osetiya məsələlərini Rusiya ilə Azərbaycan təcrübəsindən yararlanaraq həll etsin. Bu səbəbdən rəsmi Tbilisi seçkiyə siyasi böhranla gedir. Bu mənada hazırki vəziyyətdə Gürcüstan üçün regional problemlərdən daha çox daxili münasibəti həll etmək daha vacibdir”.

 

“Əlbəttə ki, Ermənistan üçün də Türkiyə ilə sərhədlərin açılması və Azərbaycanla sülh müqaviləsinə baxış çox önəmlidir. Lakin Ermənistanın “3+3” iclasında nə qədər maraqlı olması sual altındadır”, - ekspert əlavə edib.

 

Firuzə Əliyeva   


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...