Pensiyalar neçə faiz artacaq? - Millət vəkili AÇIQLADI

Pensiyalar neçə faiz artacaq? - Millət vəkili AÇIQLADI

2025-ci il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 36 milyard 616 milyon manat, xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə gəlirlər 0,6% artacaq, xərclər isə 0,2% azalacaq. Həmçinin İlham Əliyevin göstərişinə uyğun olaraq gələn ildən minimum əməkhaqqının yenidən artırılacağı bildirilmişdi.

 

Bəs gəlirlərin artması minimum əməkhaqqının artım məbləğinə də təsir edəcəkmi?  

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-deputat Vüqar Bayramov bildirib ki, hələlik təkliflər təqdim olunmadığı üçün artımların hansı faizdə olacağını proqnozlaşdırmaq mümkün deyil:

 

“Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq gələn ildən minimum əməkhaqqı yenidən artırılacaq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər iki istiqamət üzrə təkliflərin hazırlanması prosesi başa çatmaq üzrədir, gələn ayın 1-dək təqdim ediləcəyi gözlənilir. Bundan sonra minimum əməkhaqqı və pensiyanın artım faizini müzakirə etmək mümkün olacaq. Bununla belə, 2025-ci ilin sosial təminat və sosial müdafiə xərcləri 2024-cü il ilə müqayisədə 14 faiz artacaq. Yəni gələn il sosial istiqamətə daha çox büdcə ayrılacaq. Bu da öz növbəsidə sosial paketin dərinləşməsi üçün imkanlar yaradır”. 

 

Millət vəkili sonda qeyd edib ki, artımlara bağlı artıq işlər görülür, büdcə müzakirələrində hansı faizlərlə artımın olacağı müəyyənləşəcək.

 

Firuzə Əliyeva 


OXŞAR XƏBƏRLƏR

Ərdoğan Trampa təşəkkür etdi

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ lideri Donald Tramp, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman və ...

“iPhone 17” bu tarixdə satışa çıxarılacaq

“Apple” 2025-ci ildə təqdim edəcəyi yeni nəsil “iPhone 17” modeli ilə texnologiya dünyasının diqqət mərkəzinə düşməyə hazırlaşır. Şirkət...

Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanıldı

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.   Sfera.az xəbər verir k, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əmək...

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...

İlhamə Elşadqızı məhkəmədə ifadə verdi - FOTO

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə pros...

Putinin səssizliyi Trampı əsəbləşdirdi: “İkinci sanksiyalar qapıdadır”

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək atəşkəs danışıqlarına qatılıb-qatılmayacağı ilə bağlı açıqlama verib. Tra...