Duma o sazişi ratifikasiya edir - Şimali Koreya ordusu Rusiya üçün savaşacaq?

Duma o sazişi ratifikasiya edir - Şimali Koreya ordusu Rusiya üçün savaşacaq?

Bu gün Rusiya Federasiyasının Dövlət Duması Şimali Koreya ilə "Hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş"i ratifikasiya edəcək. 

 

Sfera.az bildirir ki, Putinin dünən təqdim etdiyi layihə isə xüsusilə Ukraynada panikaya səbəb olub.

 

Qeyd olunur ki, müqavilədə ümumilikdə 23 bənd var. Bunlara BMT Nizamnaməsinin 51-ci maddəsinə (özünümüdafiə hüququ) uyğun olaraq, silah tədarükü istisna edilməklə, ölkələrdən birinə qarşı hərbi təcavüz zamanı koordinasiyalı hərbi və iqtisadi yardım; beynəlxalq platformalarda birgə koordinasiya və qarşılıqlı fəaliyyət; ikitərəfli ticarətin, regionlararası və sərhədyanı əməkdaşlığın dərinləşdirilməsi; ərzaq və enerji,  informasiya və kommunikasiya texnologiyalarının təhlükəsizliyi, səhiyyə sahəsi, təchizat zəncirləri sahəsində əməkdaşlıq; beynəlxalq terrorizmə və digər təhdidlərə, o cümlədən ekstremizmə və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə qarşılıqlı fəaliyyət məsələləri daxildir. 

 

Sözügedən razılaşma isə Putinin iyun ayında Şimali Koreyaya səfərinin nəticəsidir. Rusiya mətbuatnın məlumatına görə, sazişin birinci bəndi reallaşa bilər,  çünki Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə müdaxiləsi var.

 

“Koreya ordusu dünyanın ən böyük ordularından biridir. 21-ci əsrin ən çətin və müasir münaqişəsində sınaqdan çıxa bilər. Ümid edirəm ki, koreyalılar, həqiqətən, cəbhədə görünəcəklər. Görək onlar nəyə qadirdirlər. Fikrimcə, çox şey edə bilərlər. Beləliklə, Rusiyanın Ukraynadan daha sadiq və etibarlı müttəfiqlərinin olduğu ortaya çıxdı. Pxenyan artıq raketlər də daxil olmaqla döyüş sursatı tədarük edir, ona görə də, təbii ki, Rusiya Federasiyası ilə KXDR arasında əlaqələrin möhkəmlənməsini yalnız alqışlamaq olar”, - rus hərbçisi “Telegram” kanalında qeyd edib. 

 

Rus mətbuatının məlumatına əsasən, Rusiya Federasiyası ilə KXDR arasında razılaşmalar Çinlə də razılaşdırılıb. Qeyd olunur ki, Rusiyanın müdafiə naziri Andrey Belousov təfərrüatlar üçün hazırda Pekindədir, daha sonra onun Pxenyana səfəri gözlənilir. 

 

Digər tərəfdən, ekspertlərin fikrincə, Zelenski də fürsətdən istifadə edərək yenidən Qərbdən Ukraynaya dəstəyin gücləndirilməsinə xahiş edəcək. “Amma yanvarda ABŞ-də yeni prezidentin andiçmə mərasiminə qədər bununla bağlı heç nə baş verməyəcək. Moskva lazımi anda zərbə endirib, ukraynalılar panikaya düşüblər. BMT Təhlükəsizlik Şurası isə Pxenyanın nüvə proqramını ləngitmək üçün 2000-ci illərin əvvəllərindən Şimali Koreyaya qarşı sanksiyalar qəbul edir. Rusiya da bunu qəbul edirdi, amma 2024-cü ilin martına qədər…Yəni Moskva BMT-nin sanksiya qrupunun işinə veto qoyana kimi…Gözlənilir ki, növbəti görüşlərin birində Rusiyanın daimi nümayəndəsi Vasili Nebenzya məsələ qaldıracaq və Şimali Koreyaya yönəlmiş sanksiyaların əleyhinə səs verəcək”, -  “Pravda” qəzetində qeyd olunub.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

ABŞ yeni raketləri SINAQDAN KEÇİRDİ - Daha uzağı vuracaq

ABŞ ordusu üçün iki uzaqmənzilli raket sınaqdan keçirilib.   Sfera.az bildirir ki, bu barədə Pentaqon məlumat yayıb. Qeyd olunub ki, xüsusilə &ldquo...

“SOCAR Türkiyə”nin gələn il üçün hədəfləri müzakirə edildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Türkiyə” şirkətinin gələn il üçün hədəfləri və nəzərdə tutulan layihələr müzakirə edi...

Göygöldə TIR sürücüsü olan Türkiyə vətəndaşı ÖLDÜ

Bakı-Qazax magistral yolunda Türkiyə vətəndaşı olan sürücü vəfat edib.   Sfera.az-ın məlumatına görə, Bakı-Qazax magistral yolunun Göygöl rayonu əraz...

Leyla Əliyeva Keniya Prezidenti ilə GÖRÜŞDÜ - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nayrobi şəhərində Keniya Prezidenti Uilyam Samoei Ruto ilə görüşüb.   Sfera.az xəbər verir...

Xalq artisti Ofeliya Sənani palataya köçürüldü

Xətai Tibb Mərkəzinin Reanimasiya şöbəsində müalicə alan Xalq artisti Ofeliya Sənani palataya köçürülüb.   Sfera.az xəbər verir ki, bu barədə AP...

Şirkətlər banklardan 1,8 milyard manatdan çox depoziti geri çəkdi - SƏBƏB

Son bir ayda Azərbaycanda şirkətlər banklardan 1,8 milyard manatdan çox depoziti geri çəkib.   Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Eld...