"Ukraynanın bir ay vaxtı var, dekabrın əvvəlindən..." - AÇIQLAMA

"Ukraynanın bir ay vaxtı var, dekabrın əvvəlindən..." - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, “The Wall Street Journal” Ukraynanı “sərt qış ayları”nın gözlədiyini qeyd edib. Nəşr buna səbəb kimi Qərbin silah tədarükünün ləngiməsi, elektrik enerjisinin kəsilməsi, cəbhədə hərbi texnika və kadr çatışmazlığını göstərib.

 

Bununla bağlı Sfera.az-a açıqlama siyasi şərhçi Kənan Novruzov deyib ki, müharibə davam etdikcə həm Rusiyanın, həm də Ukraynanın imkanları getdikcə tükənir və bu, danışıqların başlanmasını hər iki tərəf üçün zəruri edir. Onun sözlərinə görə, Rusiya təkcə hərbi obyektləri deyil, həm də mülki və enerji obyektlərini hədəf alır:

 

“Bu isə Ukraynanın işini daha da çətinləşdirir, enerji təminatında ciddi çətinlik yaradır. Havalar soyuduqca, döyüş meydanında vəziyyət çətinləşəcək. Xüsusilə qar texnikaların hərəkətinə çətinlik yaradacaq. Bu, o deməkdir ki, hər iki tərəf üçün əməliyyatların intensivliyi daha da azalacaq.  Amma yaxınlaşmaqda olan qış Ukrayna üçün daha çox problemə səbəb olacaq. Çünki enerji təminatına daha çox ehtiyac olacaq. Amma enerji çatışmazlığı gözlənilən tələbi ödəməyə imkan verməyəcək. Bu isə insanlar arasında narazılığı artırmaqla yanaşı, vətəndaşların xarici ölkələrə köçünü sürətləndirə bilər”.

 

K.Novruzov xatırladıb ki, rəsmi Kiyev bundan əvvəl bir dəfə - 2023-cü ildə ağır qış aylarından keçib: 

 

“Həmin vaxt Ukraynanın imkanları xeyli azalmışdı. İqlim şəraiti ordunun döyüş fəaliyyətinə mənfi təsir etmişdi. Bu isə öz növbəsində Rusiyaya əlavə imkanlar yaratmışdı. Eyni ssenarinin yenə təkrarlanması gözləniləndir.  Bu baxımdan Ukraynanın təxminən bir ay vaxtı var. Təqribən noyabrın sonu, dekabrın əvvəlindən etibarən, yəqin ki, Ukrayna müdafiəsini daha da gücləndirəcək, hücum tempini aşağı salacaq. Bunun fonunda cəbhədə durğunluğun artacağı gözlənilir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Laçının 3 qəsəbə və kəndində tikinti işlərinə başlanılacaq

Gələn il Laçın rayonunun 3 qəsəbə və kəndində tikinti işlərinə başlanılacaq.   Sfera.az  xəbər verir ki, bunu Laçın rayonunda Bərpa, Tikinti və ...

Enerji doldurucuları ƏDV-dən daha 2 ilazad olundu

Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) aza...

Bu küçələrdəki COP29 zolaqlarına avtomobillər daxil ola bilər - SİYAHI

Paytaxtın bir sıra küçələrində təşkil edilən COP29 zolaqlarından 31 oktyabr tarixinədək minik avtomobilləri də istifadə edə bilər.   Sfera.az xəbər v...

“3+3”ün Türkiyədəki iclasının tarixi AÇIQLANDI

“3+3” regional platformasının növbəti iclası oktyabrın 18-də İstanbulda keçiriləcək.   Sfera.az “Sputnik Ermənistan”a istinad...

Azərbaycanda doğulan körpələrin sayı azaldı

Bu ilin yanvar-avqust aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri ölkədə 68 129 doğulan körpə qeydə alıb.   Sfera.az xəbər v...

Ermənistanda 47 polis əməkdaşı işdən çıxarıldı

2024-cü ilin 10 ayı ərzində Ermənistanda 47 nəfər polis əməkdaşı narkotik vasitələrdən istifadə etdiyinə görə xidmətdən xaric edilib.   Sfera.az xəbə...