Zelenski Rusiya-Şimali Koreya ittifaqından DANIŞDI: "Təzyiqlər artırılmalıdır"
Volodimir Zelenski Şimali Koreya ilə bağlı iddialardan söz açıb.
Sfera.az bildirir ki, o, bu barədə xalqa müraciətində danışıb.
“Rusiya və Şimali Koreya kimi ölkələrin ittifaqının artdığını görürük. Bu, artıq təkcə silah transferi ilə bağlı deyil, həm də hərbi qüvvələrin Rusiyaya göndərilməsindən söz aça bilərik”, - Zelenski qeyd edib.
Ukrayna lideri bildirib ki, belə vəziyyətdə Kiyev tərəfdaşları ilə münasibətləri daha da genişləndirməlidir:
“Cəbhədə daha çox dəstəyə ehtiyacımız var. Söhbət təkcə silah tranferlərindən getmir, həm də Rusiyaya təzyiqlər artırılmalıdır. Bu, daha böyük bir müharibənin qarşısını almaq deməkdir. Davamlı sülhə ancaq güclə nail olmaq olar. Növbəti həftə biz tərəfdaşlarımızla birlikdə bu güc, əsl sülh üçün çalışmaqda davam edəcəyik”.
Qərb liderləri ilə görüşlərin olacağını deyən Zelenski fikirlərini bu cür davam etdirib: “Biz qərarların vaxtında verilməsinə böyük əhəmiyyət veririk. Xalqımızın və Ukraynanın yanında olan hər kəsə təşəkkür etmək istəyirəm”.
Günay