Ərdoğanla Putinin görüşündə nələr müzakirə olunacaq? - ŞƏRH

Ərdoğanla Putinin görüşündə nələr müzakirə olunacaq? - ŞƏRH

Oktyabrın 22-24-də Rusiyanın Kazan şəhərində BRİCS sammiti keçiriləcək. Burada Türkiyənin də iştirak etməsi gözlənilir. Hətta sammit çərçivəsində Ərdoğan və Putinin də görüşü istisna edilmir. 

 

Bu konteksdə liderlərin görüşündə nələr müzakirə oluna bilər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, BRİCS sammitində Türkiyənin iştirak etməsi xüsusi əhəmiyyət daşıyır:

 

“Türkiyə artıq böyük bir təşkilata daxil olmaq istəyir. BRİCS isə iqtisadi potensial, siyasi təsir imkanlar baxımından önəmli təşkilatlardan biridir. Ona görə də hesab edirəm ki, Ərdoğanın orada iştirakı mümkündür. Bu, Rusiya üçün də sərfəlidir. Moskvanın dünyadan təcrid olunduğu bir zamanda Türkiyə prezidentinin orada olması vacibdir”.

 

S.Hümbətov qeyd etdi ki, Putinlə Ərdoğanın Aşqadabadda görüşəcəyi bildirilsə də, bu olmadı:

 

“İndi ortada yeni bir təklif var. İki liderin BRİCS sammiti çərçivəsində Kazanda görüşməsi gözlənilir. Fikrimcə, burada Ukrayna savaşının gələcəyi ilə bağlı məsələlərin müzakirəsi dərinləşə bilər. İkincisi, Putinin Türkiyə səfərinin müzakirəsi ehtimalı var. Eyni zamanda Suriyada baş verən hadisə də gündəmdə ola bilər. Təbii ki, BRİCS-in keçirilmə tarixinə kimi müəyyən müddət var. Hələ ki Rusiya dövləti gündəliyi açıqlamayıb. Sammitə hətta Azərbaycanın da dəvət olunması mümkündür. Fikrimcə, Putinin uzun müddətdir, Türkiyə səfərinin təxirə salınmasının başqa səbəbləri mövcuddur. Əgər Ərdoğan sammitdə iştirak edəcəksə, bu, görüşdə müzakirə olunacaq”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsi Şərqi Aralıq dənizi üzərindən geri Bakıya dönür

AZAL-ın Bakı-Dammam (Səudiyyə Ərəbistanı) marşrutu üzrə uçan təyyarəsi Şərqi Aralıq dənizi üzərində geri dönür.   Sfera.az bu barədə "Flightrada...

Paytaxtın bu ərazisində 4 saat işıq olmayacaq

Yeni Ramana qəsəbəsinin Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisinə daxil olan hissəsində 24 iyun tarixində 6 kV-luq hava xət...

ABŞ-ın Bəhreyn və Küveytdəki bazalarında hava hücumu XƏBƏRDARLĞI

ABŞ-nin Bəhreyn, Küveyt və Qətərdəki bazalarında hava hücumu xəbərdarlığı elan edilib.   Sfera.az xəbər verir ki, bu barədə İranın dövlət televiziya ...

Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib - VİDEO

Aşağı Güzdək qəsəbə məscidinin imamı Turab Tahirovun Quran dərslərinə qatılan 16 yaşlı qızı qaçırması ilə bağlı yayılan məlumatlar bir neçə gündür ict...

Tramp təcili iclas ÇAĞIRDI

ABŞ Prezidenti Donald Tramp İranın Amerika hərbi bazalarına zərbələrindən sonra ABŞ-ın ali rəhbərliyini təcili iclasa çağırıb.   Sfera.az xəbər ...

Qətər XİN: İranın təcavüzunə birbaşa cavab vermək hüququmuz var

Qətər “Sepah”ın “Əl-Üdeyd” bazasına raket hücumunu “Qətərin suverenliyinin və hava məkanının, həmçinin BMT Nizamnaməsinin pozulmas...