Logo

Azərbaycanın dövlət qurumlarına kiberhücumlar AZALIB

Azərbaycanın dövlət qurumlarına kiberhücumlar AZALIB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 739 kiberhücum indikatoru (IOC) müəyyən edib.

Sfera.az xəbər verir ki, “Report”un XRİTDX-in məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bir il əvvəlki göstəricidən 17,1 % azdır.

Kibertəhdidlərin 379-u daxili araşdırma, 360-ı isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə sentyabr ayında 64 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 16,9 % azdır.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 618,4 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 3 milyon 395 min 100, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 181 min 298 zərərverici tərkibli elektron sənəd blok edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR