"Təminat yollarının daim işlək vəziyyətdə saxlanılması vacibdir" - Müdafiə naziri

Kateqoriya məlum deyil
T
Təminat yollarının daim işlək vəziyyətdə saxlanılması vacibdir.
Sfera.az xəbər verir ki, bunu Müdafiə naziri Zakir Həsənov oktyabrın 12-də keçirilən xidməti müşavirə zamanı deyib.
O bildirib ki, hərbi hissələrdə qoşun xidmətinin effektiv təşkili, digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə ərazilərimizin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, kəskin relyef və sərt iqlim şəraitində yerləşən mövqelərin mühəndis-istehkam cəhətdən yaxşılaşdırılması, təminat yollarının daim işlək vəziyyətdə saxlanılması önəmlidir.






