Logo

BRİCS sammiti ilə bağlı MÜHÜM AÇIQLAMA: “Onlar da gəlir”

BRİCS sammiti ilə bağlı MÜHÜM AÇIQLAMA: "Onlar da gəlir"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Oktyabrın 22-24-də Rusiyanın Kazan şəhərində BRİCS sammiti keçiriləcək.

Sfera.az bildirir ki, Rusiya lideri Vladimir Putinin xarici siyasət üzrə müavini Yuri Uşakov bununla bağlı açıqlama verib. O qeyd edib ki, sammitdə 32 ölkə iştirak edəcəklərini təsdiqləyib.

“Kazana 24 ölkənin lideri gəlir. BMT-nin baş katibi Antonio Quterreş, Şanxay Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı da burada iştirak edəcək”.

Uşakov bildirib ki, hər gün yeni ölkələr BRİCS-ə üzv olmaq üçün müraciət edir.

“Bu cür sıx maraq fonunda təşkilatın nöqsanlı nizamnamə bölməsinin təkmilləşdirilməsinə ehtiyac var. Bunu Kazanda toplaşan zaman edəcəyik. Nizamnamə yeniləndikdən sonra tam üzvlük qəbuluna qayıda bilərik”, - Uşakov əlavə edib.

Kreml, həmçinin Kazan sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında ikitərəfli görüşün planlaşdırıldığını təsdiqləyib.

Günay

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR