"Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə səbəb olacaq" - Siyarto

"Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə səbəb olacaq" - Siyarto

Hazırkı şəraitdə Ukraynanın Şimali Atlantika Alyansına (NATO) qoşulması III Dünya müharibəsinə təkan verəcək.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Sankt-Peterburq Beynəlxalq Qaz Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

 

"Mövcud şəraitdə Ukrayna NATO-ya üzv qəbul olunarsa, bu, III Dünya müharibəsinin başlanması demək olardı. Biz həmişə Rusiya ilə NATO arasında birbaşa qarşıdurmanın provokasiya edilməsinə qarşı çıxmışıq", - Siyarto bildirib.

 

Xatırladaq ki, 2023-cü ilin iyulunda Vilnüsdə keçirilən NATO-nun əvvəlki sammitində Zelenski üzv ölkələrin Ukraynanı NATO-ya üzv olmağa dəvət etmək üçün vaxt qrafikini azaltmaq istəmədiklərindən narazılığını bildirib. 

 

Qərb mediası ABŞ rəsmilərinin və NATO-ya üzv ölkələrin digər liderlərinin Zelenskinin sərt ifadələrindən qəzəbləndiyini bildirib. Sammitdən sonra Ukrayna lazımi tələblərə cavab verdikdə alyansa qoşulacağına əminlik verilib. Brüssel üzvlük üçün hər hansı son tarix barədə ətraflı məlumat verməyib. Buna baxmayaraq, NATO dəfələrlə vurğulayıb ki, Ukrayna müharibə şəraitində olarkən alyansa qoşula bilməz.

 


Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...