Belarus Prezidenti və Azərbaycanın Baş naziri Minskdə danışıqlar aparır
Siyasət
12:23 / 03.10.2024
3327
Belarus Prezidenti Aleksandr Lukaşenko Müstəqillik Sarayında Azərbaycanın Baş naziri Əli Əsədovla danışıqlar aparır.
Sfera.az xəbər verir ki, bu barədə “Pul Pervovo” teleqram kanalında məlumat yayılıb.
Məlumatda bildirilib ki, çoxsaylı görüşlər, danışıqlar olacaq.
Qeyd edək ki, Əli Əsədov belaruslu həmkarı Roman Qolovçenkonun dəvəti ilə ötən gün Belarusa rəsmi səfərə gedib.