Prezidentin görüşündə o incə detal - FOTO

Prezidentin görüşündə o incə detal - FOTO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzairin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zəkiyyə İğılın etimadnaməsini qəbul edib.

 

Sfera.az-ın məlumatına görə, rəsmi görüşün görüntülərində maraqlı məqam ortaya çıxıb.

 

Belə ki, həm dövlət başçısının, həm də səfirin masasında Kəlbəcər rayonunda istehsal olunan “İstisu” mineral suyu da yer alıb. Rəsmi qəbullarda bu brendin yer alması Vətən müharibəsində qazanılan qələbəni tərənnüm edən rəmzlərdən biri kimi qiymətləndirilir.

 

Qeyd edək ki, bu ilin sentyabrın 2-də Kəlbəcər rayonunda “İstisu” mineral su zavodunun açılışı olub. Zavod Kəlbəcərin müstəsna keyfiyyəti və sağlamlığa faydaları ilə tanınan termal su yatağından çıxan eyniadlı suyunu 30 illik müddətdən sonra yenidən istehlakçılara təqdim edib.


OXŞAR XƏBƏRLƏR

Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək

Bu il dekabrın 1-dən Moskva hava limanlarında Rusiyaya gələn əcnəbilərin foto və barmaq izinin identifikasiyası proseduruna başlanılacaq.   Sfera.az ...

FHN: "Ötən sutka 41 yanğına çıxış oldu"

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu KEÇİRİLƏCƏK

Bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyab...

Prezident Sərəncam İMZALADI

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.   S...

Leysan yağdı, güclü külək əsdi - FAKTİKİ HAVA

Sentyabrın 19-u saat 10:00-a olan məlumata əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.   Milli Hidrometeorologiya Xidmət...

Fərid Qayıbov Hindistanda beynəlxalq konfransın açılışında iştirak etdi

Yeni Dehli şəhərində səfərdə olan gənclər və idman naziri Fərid Qayıbov Hindistan Gənclər və İdman Nazirliyi, Hindistan Milli Antidopinq Agentliyi və UNESCO-nun...