Logo

Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda

Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib.

Sfera.az xəbər verir ki, söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri, həmçinin Mariam Kvrivişvilinin ötən il ölkəmizə səfəri və dövlət başçısı ilə görüşü məmnunluqla xatırlandı, bütün bunların ikitərəfli əlaqələrimizin inkişafına töhfə verdiyi qeyd olundu.

Qonaq Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Baş nazir İrakli Kobaxidzeyə çatdırmağı xahiş etdi.

Görüşdə Azərbaycanla Gürcüstan arasında dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etməsindən məmnunluq bildirildi.

Azərbaycanla Gürcüstanın birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələrinin daha geniş region üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulandı.

Söhbət zamanı müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafında roluna toxunuldu, ticarət dövriyyəsinin artırılması, bağlantılar, enerji, sərmayələr və digər istiqamətlərdə əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda — foto 1
Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda — foto 2
Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda — foto 3
Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda — foto 4
Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda — foto 5
Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda — foto 6
Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda — foto 7
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR