Balkan sakinlərinin ən çox sevdikləri lider Ərdoğandır - SORĞU NƏTİCƏLƏRİ

Siyasət
17:41 / 16.05.2024
9372
Beynəlxalq Respublika Universiteti Balkan ölkələrində yaşayan insanların ən çox rəğbət bəslədikləri liderlərin kim olduğunu maraqlanıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə istisna olmaqla, demək olar ki, bütün ölkələrdə keçirilən sorğularda qalib gəlib.
Ərdoğan ən yüksək göstəricini Albaniyada toplayıb. Respondentlərin 71%-i bildirib ki, onların ən çox rəğbət bəslədikləri lider Türkiyənin hazırkı prezidentidir.
Ərdoğan Bosniya və Herseqovinada 61%, Monteneqroda 56%, Şimali Makedoniyada isə 66% səs toplayıb.
Əzizə