Slovakiyanın Baş nazirinin son durumu AÇIQLANDI

Slovakiyanın Baş nazirinin son durumu AÇIQLANDI

Slovakiyanın Baş naziri Robert Fitso həyatı təhlükədən xilas olub.

 

Sfera.az “BBC”yə istinadın xəbər verir ki, bu barədə Slovakiyanın Baş nazirinin müavini və ətraf mühit naziri Tomas Taraba məlumat verib.

 

O bildirib ki, əməliyyat uğurla keçib və Baş nazirin vəziyyəti kritik deyil.

 

Qeyd edək ki, Slovakiyanın qərbində yerləşən Handlova şəhərində hökumətin iclasından sonra Fitso sui-qəsdə məruz qalıb. Baş nazir ayaqlarından, qarın boşluğundan və sinəsindən yaralanıb. O, helikopterlə xəstəxanaya çatdırılıb. Atəş açan şəxs saxlanılıb. Slovakiya kütləvi informasiya vasitələrinin məlumatına görə, o, 71 yaşlı yazıçı Yuray Çintuladır. Yazıçı bu addımı hökumətin siyasəti ilə razılaşmadığı üçün atıb.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR