Ceyhun Bayramov Murat Nurtleu ilə GÖRÜŞDÜ

Ceyhun Bayramov Murat Nurtleu ilə GÖRÜŞDÜ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana işgüzar səfəri çərçivəsində Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb, onu Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Qeyd edilib ki, görüş zamanı Azərbaycan və Qazaxıstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə sülh prosesinin hazırkı durumu müzakirə olunub.

 

Azərbaycanın xüsusilə son dövrlərdə Mərkəzi Asiya ölkələri, o cümlədən Qazaxıstanla genişlənən yüksək səviyyəli münasibətlərdən məmnunluq ifadə olunub.

 

İqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar və s. istiqamətlər üzrə ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq platformalar, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın geniş perspektivlər vəd etdiyi diqqətə çatdırılıb.

 

Cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı qarşı tərəfi ətraflı məlumatlandıran Ceyhun Bayramov COP29-un əməkdaşlıq üçün yeni platforma olduğunu qeyd edib.

 

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, imkan və çağırışlardan bəhs edən nazir Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh prosesinin irəliləməsi istiqamətində göstərdiyi dəstək və fəallığa görə Qazaxıstan tərəfinə təşəkkür edib. Delimitasiya komissiyaları arasında əldə olunmuş son razılığın fonunda bugünkü danışıqların da öz növbəsində prosesə töhfə verəcəyinə dair inam ifadə olunub.

 

Görüşdə, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix AÇIQLANDI

Bakıda Cavanşir körpüsünün sökülməsi və layihənin icrası 4-5 ay ərzində tamamlanacaq.   Sfera.az xəbər verir ki, bunu “Report”a...

Tayvanın yeni prezidenti: “Zorbalığı dayandırın"

Tayvanın yeni prezidenti Lai Qingde bu gün prezident aparatının qarşısında ilk çıxışını edib. O, Çinə üz tutaraq rəsmi Pekini ölkəsini qorxutmağı dayandırmağa ç...

Dəniz mənzərəli bu iş üzrə vakansiya namizədlər arasında rekord qırdı

Almaniyada mayak gözətçisi vəzifəsi üçün müsabiqə elan edilib. Vakansiya üzrə 1100 nəfər müraciət edib.   Sfera.az bildirir ki, Almaniyada, Şima...

ABŞ Rəisinin ölümü ilə əlaqədar başsağlığı verdi

ABŞ Dövlət Departamenti İran Prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu barədə  bu barədə Dövlə...

Bu şəxslərin əməkhaqqına 50 faiz əlavə olunur - RƏSMİ

"Milli" statusu alan iki teatrın adı dəyişdirilir və işçilərinin əməkhaqqına 50 faiz əlavə olunur.   Sfera.az bildirir ki, bununla bağlı Re...

Ukrayna müharibənin sülhlə bitməsi üçün sənəd hazırlayır - Rusiyadan İDDİA

Rusiya Federasiyası Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Litvinenko bildirib ki, Ukraynada Rusiya ilə müharibənin danışıqlarla bitəcəyini a...