Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi KEÇİRİLİR

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi KEÇİRİLİR
Kateqoriya məlum deyil
T

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Asim Nadir oğlu Səfərovun meyitinin qalıqları Qəbələ rayonuna gətirilib.

 

Sfera.az reporta-a istinadən xəbər verir ki, şəhidin nəşi rayonun Qəmərvan kəndində ailəsinə təhvil verilib.

 

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

 

Qeyd edək ki, Səfərov Asim Nadir oğlu 1975-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub. O, 1994-cü ilin yanvarın 10-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb.

 

A.Səfərov Qəmərvan kənd qəbiristanlığında dəfn olunacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR