Millət vəkilləri yeni kompüterlə təmin olundu

Millət vəkilləri yeni kompüterlə təmin olundu

“Milli Məclisin deputatları yeni kompüterlə təmin olunub”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev deyib.

 

“Biz təşəkkürümüzü bildiririk ki, artıq yeni kompüterlə təmin olunmuşuq. Ona görə bundan sonra qanunlarla bağlı daha operativ çıxışlar edə bilərik. Amma kompüterlər hələ internetə qoşulmayıb deyə, qanunlarla bağlı araşdırmaları tez təqdim edə bilmirik”, - millət vəkili bildirib.

 

Spiker Sahibə Qafarova isə cavab olaraq bildirib ki, internetin olmaması təhlükəsizlik məsələləri ilə bağlıdır: 

 

“Bu kompüterlerin əsas missiyası odur ki, istənilən zaman layihələr hamısı olsun, qanunlara baxaq və bunların üzərində də iş gedir. Görülməyən işlər var və bunu Milli Məclisin kompüter məsələləri ilə məşğul olan şöbəsi edir”. 

 


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR