ABŞ səfiri Putinin andiçmə mərasiminə qatılmadı, Rusiyanı TƏRK ETDİ

ABŞ səfiri Putinin andiçmə mərasiminə qatılmadı, Rusiyanı TƏRK ETDİ

ABŞ-nin Rusiyadakı səfiri, xanım Lin Treysi müvəqqəti olaraq Rusiyanı tərk edib. 


Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı xarici işlər nazirinin müavini Sergey Ryabkov Birinci Kanalın efirində açıqlayıb.


Nazir müavininin sözlərinə görə, səfirin ölkəni tərk etməsi haqqında məlumat Rusiya prezidentinin andiçmə mərasiminə səfirlərin dəvət olunması üzrə yekun qərarın qəbulundan bir qədər əvvəl aydın olub. Ryabkov bununla belə ABŞ-nin müvəqqəti işlər vəkilinin Rusiyada olduğunu vurğulayıb: “Dövlət Departamentinin dünənki açıqlamasından da aydın olur ki, ABŞ-nin səfiri bugünkü mərasimə (Vladimir Putinin andiçmə mərasimi – red.) qatılmayacaq ".


Vasif



 


OXŞAR XƏBƏRLƏR