\"O şəxslərin dəfni üçün də pul verilməlidir\" - Deputatdan TƏKLİF

\

“Vətəndaşları narahat edən problemlərdən biri dəfn zamanı birdəfəlik müavinətlərin alınmasıdır”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa deyib.

 

“Müraciətlər bu gün bu məsələni qaldırmağa məni məcbur etdi. Vətəndaşın 17 il əmək stajı var, şəkər xəstəliyinə görə 14 il yataqda qalıb və vəfat edib. Yoldaşı dəfn pulu ala bilmir, deyirlər ki, işləməyib. Biz bu prinsipi aradan qaldırmalıyıq. Əmək pensiyası üçün məbləğ 300 manatdır, amma bütün vətəndaşlara 300 də olsa, 500 də olsa, dəfn üçün müavinət verilməlidir. Bəziləri heç pensiya yaşına çatıb o pulu ala bilmir, heç olmasa öləndə verilsin”, - millət vəkili qeyd edib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR