Bakıda 4-cü DİM Dialoqu keçirilir

Bakıda 4-cü DİM Dialoqu keçirilir

Bakıda "Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq va imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş" mövzusunda 4-cü DÍM Dialoqu keçirilir.

 

Sfera.az xəbər verir ki, Azərbaycanda DİM-lərin icrası üzrə 4-cü Könüllü Milli Hesabata dair maraqlı tərəflər arasında məsləhətləşmələr 2024-cü ildə Azərbaycan Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Foruma 4-cü Könüllü Milli Hesabatını (KMH) təqdim edəcək.

 

Azərbaycan 4-cü KMH təqdim edən az sayda ölkələrdən biri olacaq. Bu, Azərbaycan Hökumətinin DİM-lərə nail olunmasına verdiyi əhəmiyyətin göstəricisidir. Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası və İqtisadiyyat Nazirliyi KMH prosesinə rəhbərlik edəcək. Bu məqsədlə, müxtəlif maraqlı tərəflər, o cümlədən Milli Məclis, nazirliklər, dövlət qurumları, QHT-lər, özəl sektor və elm və təhsil müəssisələri ilə məsləhətləşmələr keçiriləcək. Azərbaycan Hökuməti prioritetləşdirilmiş 17 məqsəd, 88 hədəf və 119 göstərici üzrə, habelə dövlət proqramlarının, fəaliyyət planlarının və strateji sənədlərin DİM məqsədləri və hədəfləri ilə uzlaşdırılması üzrə ardıcıl tədbirlər həyata keçirir.


OXŞAR XƏBƏRLƏR