Dərslərin dayandırılmasına sahibkar səbəb olub - Nazirlikdən açıqlama

Dərslərin dayandırılmasına sahibkar səbəb olub - Nazirlikdən açıqlama

Mədəniyyət Nazirliyi Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbində dərslərin dayandırılması məsələsinə aydınlıq gətirib.

 

Sfera.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Nazirlikdən bildirilib ki, iki gün öncə məhkəmə qətnaməsinin icrası ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində 150-dək şagirdin təhsil aldığı həmin məktəbdə tədris prosesi pozulub və dərslər keçirilməyib.

 

Bildirilib ki, Mədəniyyət Nazirliyi musiqi məktəbində tədrisin qısa müddətdə bərpası ilə bağlı müvafiq işləri təmin edəcək. 

 

“Onu da bildirək ki, sahibkarın israrlı tələbi ilə bu qərarın icrasına ən azı cari tədris ilinin sonunadək möhlət vaxtının verilməsi təhsil mühitinin pozulmaması baxımından daha ədalətli alternativ olardı. Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat  veriləcək” - məlumatda qeyd olunur.

 

Qeyd edək ki, tədris ilinin bitməsinə bir ay qalmış məktəbin otaqları boşaldılıb, bütün musiqi alətləri, stol-stullar, şkaflar çölə atılıb. Buna səbəb isə 2007-ci ildə yan binanın özəlləşdirilməsi, sahibkarın binanın nəzdində olan otaqları məktəbdən almasıdır. Sözügedən binanın sahibinin sabiq nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu olduğu iddia edilir.


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...