Azərbaycanda anemiya xəstəliyi olan şəxslərin sayı AÇIQLANDI

23:00 / 18.05.2024
4107
2023-cü ildə həyatında ilk dəfə təyin olunmuş diaqnozla 56 124 nəfər anemiya xəstəsi qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 2023-cü ilin sonunda tibb müəssisələrində qeydiyyatda olan anemiya xəstələrinin sayı isə 46 806 nəfər olub.