Rusiya MN-dən Ukrayna ilə bağlı MƏLUMAT: “24 saat ərzində..."

Siyasət
16:50 / 30.04.2024
3237
Rusiya ABŞ istehsalı olan raketi məhv edib.
Sfera.az bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, rus hərbçiləri ABŞ istehsalı olan altı “ATACMS” taktiki raketini vurub.
“24 saat ərzində hava hücumundan müdafiə sistemləri Ukraynanın on pilotsuz uçuş aparatını, ABŞ istehsalı olan altı əməliyyat-taktiki “ATACMS” raketini və Fransa istehsalı olan iki “Hammer” idarəolunan bombasını vurub”, - qurumun məlumatında bildirilib.
Günay