Avropa İttifaqı ”TikTok”u qadağan edə bilər

“”TikTok” sosial şəbəkəsi Avropa İttifaqında bloklana bilər”.
Sfera.az “Politico” qəzetinə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib.
"Bu, istisna deyil",- o vurğulayıb.
Lyayen xatırladıb ki, Avropa Komissiyası öz işçilərinə iş telefonlarına TikTok yükləməyi qadağan edən ilk təşkilatdır.
Keçən həftə “TikTok” istifadəçi mükafatlandırma proqramını dayandırıb. Bu addımın səbəbi Avropa Komissiyasının növbəti xəbərdarlığı olub.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden TikTok tətbiqini qadağan edən qanun layihəsini imzalayıb. Təhlilçilərin fikrincə, qanun onun seçkiqabağı kampaniyasının gedişinə mənfi təsir göstərəcək. "Bloomberg" isə "TikTok"a qoyulan qadağanın gənc seçiciləri Ağ Evin keçmiş rəhbəri Donald Trampa səs verməyə təşviq edəcəyini yazıb.
Əzizə