Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu VERİLDİ - FOTO

Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu VERİLDİ - FOTO

Bilirsiniz ki, üçtərəfli bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi.

 

Sfera.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov "Vətən müharibəsində itkin düşmüş 6 hərbçinin tapılması üçün hansı işlər görülür" sualına cavab olaraq deyib.

 

O bildirib ki, hətta valideynlərin istəyi nəzərə alınaraq, onlar da axtarış-araşdırma işlərinə cəlb edilib, lakin aparılan axtarışlar nəticə verməyib və həmin şəxslər itkin düşmüş şəxslər kimi Dövlət Komissiyasında qeydiyyata alınıblar: “Qanunvericiliyin tələblərinə əsasən, onlara artıq şəhid statusu verilib. Buna baxmayaraq, bu məsələ heç vaxt gündəlikdən düşməyib, düşməyəcək də… Həm Vətən müharibəsi dövründə itkin düşən 6 nəfərin, həm Vətən müharibəsindən sonra Laçın istiqamətində itkin düşmüş 2 əsgərimizin taleyinin müəyyən olunması qarşımızda duran əsas vəzifələrdən biridir”.

 

 


OXŞAR XƏBƏRLƏR

İran İsrailin Daxili İşlər Nazirliyini vurdu

İran İsrailin Hayfa liman şəhərinə raketlərlə hücum edib.   Sfera.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz tel...

Nihal Candan VƏFAT ETDİ

“İşte benim stilim” verilişi ilə tanınan Nihal Candan vəfat edib.   Sfera.az bildirir ki,  uzun müddətdir anoreksiya xəstəliyindəb ə...

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə göründü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.   Sfera...