Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olunub

Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olunub

Qayana, Surinam və Ekvador prezidentləri COP29-a dəvət olunub.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Braziliya, Qayana, Surinam və Ekvadordakı səfiri Rəşad Novruzov "X"də paylaşım edib.

 

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin Qayana, Surinam və Ekvador dövlət başçılarına dəvət məktubunu sözügedən ölkələrin səfirlərinə təqdim etdiyini bildirib.

 

"Ekvador, Qayana və Surinamdan olan əziz həmkarlarımla görüşmək çox xoşdur. Onlara Azərbaycan Prezidentinin Qayana, Surinam və Ekvador prezidentlərinə COP29-a dəvət məktublarını çatdırdım. İkitərəfli, regional və çoxtərəfli məsələlər ətrafında səmərəli söhbət apardıq. Bu Zirvə görüşünün həqiqi uğur qazanması üçün hamımızı çox iş gözləyir", - diplomat qeyd edib.


OXŞAR XƏBƏRLƏR

İsti havalarda necə qidalanmalıyıq? – Həkimdən vacib tövsiyə

Yay aylarında havaların həddindən artıq istiləşməsi insan orqanizminə ciddi təsir göstərir. Həkimlər bildirirlər ki, belə havalarda düzgün qidalanma sağlamlığı ...

İran İsrailin Daxili İşlər Nazirliyini vurdu

İran İsrailin Hayfa liman şəhərinə raketlərlə hücum edib.   Sfera.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz tel...

Nihal Candan VƏFAT ETDİ

“İşte benim stilim” verilişi ilə tanınan Nihal Candan vəfat edib.   Sfera.az bildirir ki,  uzun müddətdir anoreksiya xəstəliyindəb ə...

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...