Logo

Paşinyan: "Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir"

Paşinyan: "Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.

Sfera.az “news.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O deyib ki, hakimiyyətin qarşısında Ermənistanın yaxın onilliklər ərzində mövcudluğu ilə bağlı həll edilməli olan vacib məsələ dayanır:

“İndi ölkəmizdə həm yol, həm kənd, həm də ev problemləri var. Lakin həll etməli olduğumuz məsələ təkcə bunlarla məhdudlaşmır. Hakimiyyət Ermənistanın yaxın onilliklər ərzində mövcud olub-olmayacağı ilə bağlı suala cavab tapmalıdır. Bizim missiyamız son dərəcə önəmli olan bu mərhələni keçməkdən ibarətdir” – Ermənistan hökumətinin başçısı belə deyib. (apa)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR