Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Mayın 11-13-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

 

Sfera.az xəbər verir ki, bu il 35 yaşını qeyd edən festival Şuşa və Laçın şəhərlərində baş tutacaq.

 

Qeyd edək ki, Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin noyabrında bununla bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Öz növbəsində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı da islam dünyası ölkələri arasında mədəni əlaqələrin inkişafına töhfə verəcək. Builki festival iştirakçıları arasında həm də ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər yer alacaq.

 

Festivalın proqramı iştirak edəcək ifaçıların zənginliyi ilə yanaşı, həm də repertuar və fərqli təqdimatlarla yadda qalacaq.

 

Mayın 11-də Cıdır düzündə “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin və “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılış konserti keçiriləcək. 

 

Festival mayın 13-də Laçında davam edəcək. Həkəri çayı ətrafında qonaqlara fərqli ölkələrdən gələn ifaçıların təqdimatında konsert təqdim olunacaq. 

 

Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. Festival həmin il may ayında məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar Ağdam rayonunun Abdal Gülablı kəndində başlayıb, Şuşada davam edib və Ağdamda yekun konsertlə başa çatmışdı. 1990-cı ildən isə “Xarıbülbül” festivalı beynəlxalq status alıb.

 

Qarabağ münaqişəsi dövründə  əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə də keçirilib.

 

Vətən müharibəsindəki tarixi zəfərimizlə torpaqlarımız işğaldan azad olunduqdan sonra festival yenidən Şuşaya qayıdıb. Bu il isə festivalın məkanı genişlənərək Laçın şəhərini də əhatə edir. 

 


OXŞAR XƏBƏRLƏR

Günel türk mediasına yeni biznesini AÇIQLADI

Müğənni Günel Zeynalova İstanbulda Vadistanbulda görüntülənib.   İfaçı jurnalistlərin suallarını cavablandırıb. Pandemiya dövründə evdə boş qalmadığı...

Ceremi Klarkson ikinci dəfə Britaniyanın ən seksual kişisi seçildi

Ceremi Klarkson Britaniyada yenidən ilin ən seksual kişisi seçilib.   Sfera.az xəbər verir ki, “Encounters” tanışlıq saytının illik sorğu...

"Şəxsiyyət ola biləcək aparıcılarımız azdır" - Nailə İslamzadə

Əməkdar artist Nailə İslamzadə "Həftənin qonağı" verilişində qonaq olub.   Sfera.az xəbər verir ki, aparıcı həmkarlarından danışıb. &quo...

Bu yolda yarımdairə ləğv edilir - VİDEO

Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində dar boğazın aradan qaldırılması, piyadaların və sürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün...

Əməkdar artist vəfat edən xanımından danışdı

"İlahiyə təşəkkür edirdim bu sevgi, xoşbəxtlik və İranə üçün. Çünki Allah mənə nə yaxşı şey veribsə, hamısı İranənin timsalında olub. Ən böyük sevgini onun...

Azərbaycanda anemiya xəstəliyi olan şəxslərin sayı AÇIQLANDI

2023-cü ildə həyatında ilk dəfə təyin olunmuş diaqnozla 56 124 nəfər anemiya xəstəsi qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statis...