ABŞ səfiri: \"Füzulidə dağıntıların miqyasını və yenidənqurma işlərini görəndə çox təsirləndik\"

ABŞ səfiri: \

Füzulidə dağıntıların miqyasını, eyni zamanda yenidənqurma işlərini görəndə çox təsirləndik.

 

Sfera.az xəbər verir ki, bunu Füzuli və Şuşaya səfər edən ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi deyib.

 

Səfirliyin "X" hesabındakı paylaşımda qeyd olunub ki, Mark Libbi səfər çərçivəsində ABŞ-nin Azərbaycana yardımlarından danışıb. O qeyd edib ki, Birləşmiş Ştatlar USAID, Siyasi-Hərbi Məsələlər Bürosu, Əhali, Qaçqınlar və Miqrasiya Bürosu və bir çox digər agentliklər və beynəlxalq təşkilatlar vasitəsilə müstəqillik qazandıqdan sonra Azərbaycana 1,5 milyard dollardan çox yardım göstərib:

 

"Buraya məcburi köçkün icmalarına 250 milyon dollardan çox ayrılmış yardım və minaların təmizlənməsinə dəstək üçün ayrılmış 38 milyon dollardan çox yardım da daxildir. Biz bu yardımın göstərilməsində üzərimizə götürdüyümüz öhdəliklərə sadiqiq”.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər - SƏBƏB/VİDEO

Növbəti aylarda düyü yenidən bahalaşa bilər.   Asiya bazarında düyünün qiyməti aprelin əvvəlindən 71 dollar artaraq, bir ton üçün 649 dollara yüksəli...

Fidan Qasımova ilə Nahidə Orucovanın nəvəsi dünyaya gəldi - VİDEO

Xalq artisti Fidan Qasımova ilə Əməkdar artist Nahidə Orucova nənə olublar.   Sfera.az bizim media-ya istinadla xəbər verir ki, bu haqda "Elgizl...

Dərslərin dayandırılmasına sahibkar səbəb olub - Nazirlikdən açıqlama

Mədəniyyət Nazirliyi Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbində dərslərin dayandırılması məsələsinə aydınlıq gətirib.   Sfera....

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər var. Noyabrın 1-dək hazır olacaq sənəddə təklif olunur ki, yeni artım zamanı iki meyardan istifadə edilsin....

İlham Əliyevin inanılmaz planı: 8 il öncə Ordumuz üçün "dəhliz"...

Bu gün Araz çayı üzərində inşa edilən "Qız Qalası" və "Xudafərin" su qovşağı və SES-in açılış mərasimi keçiriləcək. Mərasimdə İlham Əliyevlə...

Günel türk mediasına yeni biznesini AÇIQLADI

Müğənni Günel Zeynalova İstanbulda Vadistanbulda görüntülənib.   İfaçı jurnalistlərin suallarını cavablandırıb. Pandemiya dövründə evdə boş qalmadığı...