Azərbaycanda məşhur cərrah işdən ÇIXARILDI- FOTO

Azərbaycanda məşhur cərrah işdən ÇIXARILDI- FOTO

TƏBİB-in tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb.

 

A.Mehdiyev isə işdən haqsız yerə çıxarıldığını bildirib və buna görə də məhkəməyə müraciət edib. O, tibb müəssisəsinə qarşı qaldırdığı iddiada işə bərpa olunması və əmək haqqı tələbini irəli sürüb.Nərimanov Rayon Məhkəməsi həkimin xeyrinə qərar çıxarıb. 

 

Həkim A.Mehdiyev İqtisadiyyat.az-a açıqlamasında işdən çıxarılmasının səbəblərindən danışıb. Onun sözlərinə görə, buna Anım Günü Şəhidlər xiyabanını ziyarət etdiyi üçün işə bir saat gecikməyi səbəb olub: "Baxmayaraq ki, bu tarixdə biz işləmirdik. Çünki Nərimanov Tibb Mərkəzi təmirə bağlanmışdı. Dövlətimiz və məhkəmə var olsun ki, mənim xeyrimə qərar verdilər. Məhkəmədə direktorun Əmək Məcəlləsini kobud şəkildə pozduğu sübuta yetirilib. Çünki direktor Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə mənim müqaviləmə xitam verib".

 

Eyni zamanda həkimin haqsız yerə işdən çıxarıldığına görə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən direktora cərimə protokolu tərtib olunub. Məhkəmənin qərarına əsasən, F.Alməmmədov 1500 manat məbləğində cərimələnib.

 

Amma Nərimanov Rayon Məhkəməsinin qərarından narazı qalan direktor Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. İş hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Fuad Talışınskinin sədrliyi ilə araşdırılır.

 

Qeyd edək ki, A.Mehdiyev 2004-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. O, 2005-2007-ci illərdə Rusiyanın Moskva şəhəri NV Sklifasovski adına Elmi Tədqiqat Təcili Yardım İnstitutunda ümumi cərrahiyyə üzrə klinik ordinatura keçib. 2008-ci ildə Moskva şəhəri RUDN hospital cərrahiyyə kafedrasında, 12 barmaq bağırsaq, mədə və mədə-bağırsaq anastomozlarının postvaqotom residiv xoralarının cərrahi müalicəsi və profilaktikası mövzusunda dissertasiyasını bitirərək tibb elmləri namizədi alimlik dərəcəsini alıb. 2012-ci ildə Almaniyada, 2014-cü ildə isə Türkiyədə təkmilləşmə kursu keçib. Bir çox elmi məqalələrin müəllifidir.

 

 


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev və Seyid İbrahim Rəisinin sərhəddə görüşü başlayıb - FOTO

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Azərbaycan Respublikasının Preziden...

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son GÖRÜNTÜSÜ

"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovun son görüntüsü yayılıb.   Sfera.az Modern.az-a istinadla xəbər verir ki, T.Əhmə...

Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO

Azərbaycanda bir ailədən çıxan bir neçə məşhur simaya son dönəmlər çox rast gəlinir.    Sfera.az sia-ya istinadən xəbər verir ki, məşhur yumo...

VI sinif şagirdləri üçün monitorinq keçirilir

Dövlət ümumi təhsil müəssisələrinin VI sinif şagirdləri üçün monitorinq keçirilir.   Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövl...

Azərbaycan qadınları Beynəlxalq Sammitdə - FOTOLAR

Hər il dünyanın müxtəlif ölkələrində dövlət səviyyəsində keçirilən “Global Women Summet” (Beynəlxalq Qadınlar Zirvəsi) bu il İspaniya Kraliçası Leti...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər - SƏBƏB/VİDEO

Növbəti aylarda düyü yenidən bahalaşa bilər.   Asiya bazarında düyünün qiyməti aprelin əvvəlindən 71 dollar artaraq, bir ton üçün 649 dollara yüksəli...