İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.

 

Sfera.az xəbər verir ki, dövlət başçılarına qalanın bərpası işləri barədə məlumat verildi.

 

Bildirildi ki, XVIII əsrə aid bu qala Qarabağ ərazisindəki ən məşhur abidələrdən biridir. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa etdirilib. Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə, əslində, iri qəsr kompleksinin iç qalası olub. Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Pənahəli xan Şuşa qalasını inşa etdirənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub. Ermənilər Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər.

 

Hazırda abidədə Azərbaycan dövləti tərəfindən bərpa işləri aparılır. Burada 12 hektar ərazi abadlaşdırılıb, inzibati bina, bilet satışı məntəqəsi, avtodayanacaq tikilib. Şahbulaq iqamətgahı, Şah Abbas məscidi, restoran, otel kompleksi, söhbətgahlar, tədbir meydançası və anbar binası yaradılıb.

 

Dövlət başçıları Şahbulaq qalasının həyətində təndir çörəyinin və qutabın bişirilməsinə baxdılar.

13:46

 

***

 

14:45

 

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.


OXŞAR XƏBƏRLƏR

80-90-cı illərdə doğulanların tamamilə fərqli bir nəsil olduğunu göstərən faktlar

Onlar 1980-ci ildə doğulanlarla başlayan və 1990-cı illərin ortalarında doğulanlara qədər davam edən möhtəşəm nəsildir. Elə bir zamanla qarşılaşıblar ki, bu bəz...

Çiyələyin bəzi sortlarının üzünə həsrət qala bilərik… - VİDEO

Sabirabad çiyələyi təbii şəkildə yetişdirildiyinə görə, tam keyfiyyətli hesab olunur.   Hazırda da Sabirabadın Həşimxanlı kəndində çiyələk yığımı dav...

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bakının Xətai rayonunda yerləşən Cavanşir yolötürücüsü sökülə bilər.   Sfera.az xəbər verir ki, bununla bağlı Xəzər TV-də süjet yayımlanıb.  ...

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Bakının Suraxanı rayonunda ailə məişət zəminində dava zamanı qadın bıçaqlanıb.   Sfera.az-ın məlumatına görə, hadisə Əmircan qəsəbəsində qeydə alınıb...

İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər

Fələstinin HƏMAS hərəkatı ilə İsrail tərəfi arasında Qəzza zolağında nizamlanmaya dair razılıq əldə etmək üçün Qahirədə daha bir neçə günlük danışıqlar tələb ol...

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

İspaniya La Liqasında 2023/2024-cü illər mövsümünün qalibi bəlli olub.   Sfera.az xəbər verir ki, "Real Madrid" sona 4 tur qalmış çempionlu...