Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya ÇAĞIRIŞ ETDİ

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya ÇAĞIRIŞ ETDİ

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media qurumlarına çağırış edib.

 

Sfera.az-ın xəbərinə görə, məlumatda qeyd edilib ki, baş vermiş hadisə ilə əlaqədar bəzi sosial media səhifələri (istifadəçiləri) və xəbər portalları tərəfindən rəsmi qurumla dəqiqləşdirmə aparılmadan, istintaq sirrinə dair tələblər pozularaq cinayət işi üzrə hadisənin motivi, baş vermə səbəbi və mexanizmi, zərərçəkmiş şəxs barədə şəxsi və ailə sirrini təşkil edən məlumatlar, o cümlədən yayılması qanunvericiliklə yolverilməz hesab olunan və qadağan edilmiş digər informasiyalar ictimailəşdirilib.

 

Qeyd edilən hallar jurnalist etikasının pozulmasına səbəb olmaqla yanaşı, qanunvericiliklə nəzərdə tutulan qaydada inzibati və cinayət məsuliyyətinə səbəb olur.

 

"Nəzərə alınmalıdır ki, Cinayət Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, ibtidai araşdırma məlumatları jurnalistlər tərəfindən yalnız müvafiq olaraq müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə ibtidai araşdırmanın maraqlarına zidd olmayan və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həddə yayıla bilər. Odur ki, media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşdirilməsindən çəkinməyi xahiş edirik", - deyə məlumatda vurğulanıb

 

Qeyd edək ki, 1951-ci il təvəllüdlü Nəsib Quliyevin aprelin 24-də yaşadığı evdə intihar etməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


OXŞAR XƏBƏRLƏR

80-90-cı illərdə doğulanların tamamilə fərqli bir nəsil olduğunu göstərən faktlar

Onlar 1980-ci ildə doğulanlarla başlayan və 1990-cı illərin ortalarında doğulanlara qədər davam edən möhtəşəm nəsildir. Elə bir zamanla qarşılaşıblar ki, bu bəz...

Çiyələyin bəzi sortlarının üzünə həsrət qala bilərik… - VİDEO

Sabirabad çiyələyi təbii şəkildə yetişdirildiyinə görə, tam keyfiyyətli hesab olunur.   Hazırda da Sabirabadın Həşimxanlı kəndində çiyələk yığımı dav...

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bakının Xətai rayonunda yerləşən Cavanşir yolötürücüsü sökülə bilər.   Sfera.az xəbər verir ki, bununla bağlı Xəzər TV-də süjet yayımlanıb.  ...

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Bakının Suraxanı rayonunda ailə məişət zəminində dava zamanı qadın bıçaqlanıb.   Sfera.az-ın məlumatına görə, hadisə Əmircan qəsəbəsində qeydə alınıb...

İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər

Fələstinin HƏMAS hərəkatı ilə İsrail tərəfi arasında Qəzza zolağında nizamlanmaya dair razılıq əldə etmək üçün Qahirədə daha bir neçə günlük danışıqlar tələb ol...

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

İspaniya La Liqasında 2023/2024-cü illər mövsümünün qalibi bəlli olub.   Sfera.az xəbər verir ki, "Real Madrid" sona 4 tur qalmış çempionlu...