Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlayıb həyata keçirəcək.

 

Sfera.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncamda deyilir.

 

Qeyd edək ki, 2023-cü il noyabrın 10-da İstanbulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına 10-cu ev sahibi seçilib.


OXŞAR XƏBƏRLƏR