Prezidentin köməkçisi: "ABŞ-nin müəyyən bəyanatları və addımları bizi məyus edir"

Prezidentin köməkçisi:

ABŞ-nin Bakı ilə İrəvan arasında sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidir.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin “Phoenix” telekanalına müsahibəsində deyib.

 

“ABŞ-nin müəyyən bəyanatları və addımları bizi məyus edir. Onlar Azərbaycana qarşı birtərəfli mövqe tutaraq "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişi qəbul etdilər. Bu, ABŞ hökumətinin Azərbaycana yardımına qadağa qoyulması deməkdir. Azərbaycanın isə heç bir köməyə ehtiyacı yoxdur. Biz yardım alan ölkə deyilik”, - o bildirib.

 

Amma fakt budur ki, 907-ci düzəliş hələ 1992-ci ildə, Azərbaycan əraziləri işğal olunanda ABŞ Konqresi tərəfindən qəbul edilib: “Təsəvvür edin ki, siz işğal altındasınız və Konqres ABŞ hökumətinin Azərbaycana dəstək verməsini qadağan edən qətnamə qəbul edir. Yenə də onların seçimidir. Amma problem ondadır ki, siz birtərəfli addım atsanız, danışıqlar prosesində tam qərəzsiz tərəf ola bilməzsiniz”.

 

Onun sözlərinə görə, Azərbaycan dəstək təkliflərini yüksək qiymətləndirir, lakin bu vəziyyətdə hər hansı vasitəçiliyə ehtiyac olduğuna inanmır.


OXŞAR XƏBƏRLƏR

Seysmoloqdan İstanbulla bağlı ZƏLZƏLƏ XƏBƏRDARLIĞI: "7,6 bal gücündə..."

İstanbulda 7,6 bal gücündə zəlzələ ola bilər.   Sfera.az bildirir ki, bu barədə türkiyəli seysmoloq Naci Görür proqnoz verib.   Mütəxəssi...

Yasamalda avtomobildən telefon oğurlayan şəxs saxlanıldı - FOTO

Paytaxtın Yasamal rayonunda vətəndaşlardan birinə məxsus avtomobilin şüşəsini qıraraq içərisindən mobil telefon oğurlandığı barədə polisə məlumat daxil olub. ...

Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olunub

Qayana, Surinam və Ekvador prezidentləri COP29-a dəvət olunub.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Braziliya, Qayana, Surinam və Ekvado...

Xərçəngə qarşı yeni peyvənd HAZIRLANIR - Yüksək riskli xəstələrdə...

Koronavirusa qarşı mRNT peyvəndi hazırlayan "Moderna" şirkəti, eyni texnikadan istifadə edərək xərçəngə qarşı peyvənd istehsal etmək üçün çalışır...

ANAMA-nın əməkdaşı Şuşada MİNAYA DÜŞDÜ

ANAMA-nın əməkdaşı, 1981-ci il təvəllüdlü Elçin Aydın oğlu Quliyev aprelin 27-də azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində xidməti vəzifəsini yerinə ...

Putinin andiçmə mərasiminin tarixi MƏLUM OLDU

Rusiyada 15-17 may tarixlərində keçirilən Prezident seçkilərində qalib gəlmiş hazırkı dövlət başçısı Vladimir Putinin andiçmə mərasimi mayın 7-nə planlaşdırılır...