"Rusiyanın narahatlığına..." - ABŞ-dən Brüssel görüşü ilə bağlı AÇIQLAMA

"Deyərdim ki, bölgədə müşahidə etdiyimiz dağıntılar Rusiyanın son bir neçə ayda atdığı addımlarla bağlıdır".

 

Sfera.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın Nikol Paşinyan və Avropa İttifaqının rəhbərinin apreldə baş tutacaq görüşü ilə bağlı narahatlığını şərh edərkən deyib. 


"Brüssel görüşü yalnız Ermənistanın iqtisadi sabitliyinə diqqət yetirəcək, çünki Ermənistan ticarət əlaqələrini şaxələndirməyə və humanitar ehtiyacları həll etməyə çalışır", - Miller qeyd edib.

 

Mariya Zaxarova dünən deyib ki, bu cür görüşlər regionun əksər ölkələrində narahatlıq yaradır, çünki onlar Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasına deyil, Qərbi son dərəcə dağıdıcı yanaşmaları ilə Cənubi Qafqaza yeritmək, yeni parçalanma yaratmaq məqsədi daşıyır. Rusiyalı diplomat iddia edib ki, bu cür görüşlər region ölkələrini Moskva ilə çoxəsrlik münasibətlərini pozmağa məcbur edir.

 

Qeyd edək ki, aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ Dövlət katibi Antoni Blinken Brüsseldə görüşəcəklər.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR