“Ukraynadan sonra Avropanı işğal etməyi..." - Putindən VACİB AÇIQLAMA

“Ukraynadan sonra Avropanı işğal etməyi...

“Rusiyanın Avropaya qarşı müharibə planlaşdırması ilə bağlı iddialar tamamilə cəfəngiyyatdır”.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

 

“Ukraynadan sonra Avropanı işğal etməyi planlaşdırmağımızla bağlı iddialara gəlincə, bu, sadəcə olaraq onların əhalisini qorxutmaq, onlara daha çox pul ödətdirmək məqsədi daşıyır”, - o, bildirib.

 

Putin qeyd edib ki, bu hadisə iqtisadi tənəzzül və pisləşən həyat standartları fonunda baş verir. 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR