Şahmar Hüseynov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Şahmar Hüseynov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub.

 

Sfera.az xəbər verir ki, Şahmar Hüseynov müvafiq əmrlə İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib.

 

Onun əvəzinə “Umid Babək Əmliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru Qurbanov Əli Qurban oğlu “Azneft” İB-yə yeni baş direktor təyin edilib.

 

Qeyd edək ki, Q. Qurbanov əmək fəaliyyətinə 1991-ci ildə “28 May” adına Neft Qaz Çıxarma İdarəsində 4-cü dərəcəli neft-qaz çıxarma operatoru kimi başlayıb və 1998-ci ilə qədər həmin idarədə Özül rəisi vəzifəsində  çalışıb. 1998-ci ildən fəaliyyətini BP şirkətində davam etdirib.

 

2011-ci ildən başlayaraq ARDNŞ-nin baş ofisində neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidentin neft-qaz hasilatı üzrə müavini vəzifəsində fəaliyyət göstərib.

 

Qeyd edək ki, Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliyə rəhbərlik edirdi. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Ali Məhkəmənin hakimi intihar etdi

Ali Məhkəmənin Kommersiya kollegiyasının hakimi İlqar Ağababaş oğlu Dadaşov intihar edib.   Sfera.az-ın məlumatına görə, 62 yaşlı hakim bu gün yaşadı...

Abşeronda Zərifə Əliyevanın 101 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətin...

İlham Əliyev bu şəxsləri TƏLTİF ETDİ - SİYAHI

Prezident İlham Əliyev sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. &nb...

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycanın təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.  ...

Azərbaycan Türkiyədən tütün alışını azaldıb

Bu ilin I rübündə Türkiyə Azərbaycana 8 milyon 135 min ABŞ dolları dəyərində tütün ixrac edib.   Sfera.az xəbər verir ki, bu, ötən ilin eyn...

Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır - FOTO

Aprelin 27-də IX və X sinif şagirdləri arasında təşkil olunan “Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib.  ...