Rusiya XİN Ermənistan-ABŞ-Aİ görüşündən NARAHATDIR

Rusiya XİN Ermənistan-ABŞ-Aİ görüşündən NARAHATDIR

Aprelin 5-də Ermənistan-ABŞ-Avropa İttifaqı (Aİ) formatında keçirilməsi nəzərdə tutulan görüş Cənubi Qafqazda mövcud təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərini zəiflətmək məqsədi daşıyır.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova teleqram kanalında yazıb.

 

Onun sözlərinə görə, bu qəbildən olan tədbirlər Moskvada narahatlıq doğurur, çünki onlar müstəsna olaraq anti-Rusiya xarakteri daşıyır:

 

“Belə görüşlər regionun əksər ölkələrində narahatlıq yaradır. Çünki onlar Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə deyil, Qərbin Cənubi Qafqaza son dərəcə dağıdıcı yanaşmaları ilə daxil olmasına yönəlib. Üstəlik, belə görüşlər regionda yeni ayırıcı xətlərin yaradılmasına, region ölkələrinin anti-Rusiya gündəminə uymağa məcbur edilməsinə, onların Moskva ilə çoxəsrlik əlaqələrinin pozulmasına, mövcud regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərinin zəiflədilməsinə istiqamətlənib”.

 

M.Zaxarova vurğulayıb ki, bütün dünyanın gözü qarşısında Ermənistan tədricən kollektiv Qərbin erməni xalqının köklü maraqları ilə tamamilə zidd olan son dərəcə təhlükəli planlarının həyata keçirilməsi alətinə çevrilir.


OXŞAR XƏBƏRLƏR

Məşhur müğənninin qohumu sevgilisi tərəfindən ÖLDÜRÜLDÜ - FOTO

Türkiyədə Ömər Öktem tərəfindən güllələnərək öldürülən Selin Yalının məşhur müğənni Yalının qohumu olduğu üzə çıxıb.   Sfera.az xəbər verir ki, bu b...

"Fransa regionda sülhə xidmət etməyən yanaşma ortaya qoyur" - Sahibə Qafarova

Fransa regionda sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin...

Elektron siqaretlər hamilə qalmaq şansını AZALDIR

Elektron siqaretlər hamilə qalmaq şansını azaldır.   Sfera.az xəbər verir ki, bu barədə London Universitetinin alimləri araşdırma aparıblar. &nbs...

Sabah 32 dərəcə isti olacaq

Aprelin 28-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Ən dürüst bürclər - Heç vaxt yalan danışmırlar

Astroloqların araşdırmalarına görə, bəzi bürclər həmişə ətrafındakı insanlara qarşı dürüst davranırlar. Yalan danışmağı heç sevmirlər.   Sfera.az&nbs...

Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər - FOTO

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu İtaliya Respublikasının Livorno şəhərində keçiriləcək beynəlxalq dənizçilik yarışlarında iştirak e...