Allahşükür Paşazadə Azərbaycan xalqını TƏBRİK ETDİ

Allahşükür Paşazadə Azərbaycan xalqını TƏBRİK ETDİ

Builki Novruz bayramı həm də islam dünyası üçün əziz olan on bir ayın sultanı Ramazanın gəlişi ilə üst-üstə düşdüyündən daha da dəyərli və əlamətdardır.

 

Sfera.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə qeyd edib.

 

Onun sözlərinə görə, Azərbaycan xalqı bu mübarək ayı Vətən müharibəsində əldə etdiyi şanlı zəfər sevinci ilə yanaşı, separatçı rejimin süqutu - müqəddəs bayrağın Xankəndidə dalğalanması qüruru ilə qarşılayır.

 

QMİ sədri vurğulayıb ki, qələbə - daim dindarlarımızın, hər bir azərbaycanlının dualarında olub:

 

"Bu il yaz fəslinin Azərbaycana gəlişi martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-ə təsadüf edəcək, il Əjdaha bürcü üstündə təhvil olacaq, bayram axşamı martın 19-da, mübarək Novruz bayramı isə martın 20-də qeyd ediləcəkdir. Uca Yaradana həmd-səna, süfrələrə xeyir-bərəkət, nemətlərə şükr duaları ilə Novruza qədəm qoyan xalqımızı bir daha təbrik edir, hər ailəyə xoşbəxtlik, hər evə rifah və əmin-amanlıq arzulayıram. Allahdan diləyim budur ki, Öz Böyük Mərhəmət və Kəramətini xalqımızın üzərində bərqərar etsin, dövlət rəhbərimizi böyük zəfərlərlə mükafatlandırsın, bayrağımızı hər zaman uca məqamlara qaldırsın, ordumuzu daima güclü və müzəffər etsin! Novruzun qədəmləri mübarək, xalqımız üçün xeyirlərə vəsilə olsun!"


OXŞAR XƏBƏRLƏR