“Ermənistan bu məsələlərdən imtina edərsə, müharibə qaçılmazdır” - Paşinyan

“Ermənistan bu məsələlərdən imtina edərsə, müharibə qaçılmazdır” - Paşinyan

“Ermənistan Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası məsələlərini müzakirə etməkdən imtina edərsə, yeni müharibə qaçılmazdır”.

 

Sfera.az bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Voskepar kəndinin (Azərbaycanın Əskipara kəndinə bitişik kənd) sakinləri ilə görüşdə deyib. O, sakinlərdən birinin sualını cavablandırıb:

 

“Mən bu müharibənin sonunda nə olacağını bilirəm. Sonra Respublika meydanında görüşəndə deyəcəksiniz ki, "Yaxşı, biz sadə kəndliyik, heç bir məlumatımız yox idi, amma siz hər şeyi bilirdiniz””.

 

O, həmçinin əlavə edib ki, delimitasiya və demarkasiya nəticəsində Azərbaycan Silahlı Qüvvələri ilə mövcud təmas xətti tanınmış sərhədə çevriləcək və orada hərbçilərin əvəzinə sərhədçilər olacaq:

 

“Sərhəd qanuni hasardır. Azərbaycanla danışıqlar zamanı sərhədyanı kəndlərin sakinlərinin təhlükəsizliyinə təminat kimi məsələlər öz həllini tapacaq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycanın təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.  ...

Azərbaycan Türkiyədən tütün alışını azaldıb

Bu ilin I rübündə Türkiyə Azərbaycana 8 milyon 135 min ABŞ dolları dəyərində tütün ixrac edib.   Sfera.az xəbər verir ki, bu, ötən ilin eyn...

Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır - FOTO

Aprelin 27-də IX və X sinif şagirdləri arasında təşkil olunan “Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib.  ...

Hesablardan 30 min manat oğurlayan Bakı sakini SAXLANILDI - RƏSMİ

Sosial şəbəkələrdə feyk hesablar açaraq onlayn oyunlara qoşulan istifadəçilərin kart hesablarının talanması barədə polisə çoxsaylı müraciətlər daxil olub. &n...

Seysmoloqdan İstanbulla bağlı ZƏLZƏLƏ XƏBƏRDARLIĞI: "7,6 bal gücündə..."

İstanbulda 7,6 bal gücündə zəlzələ ola bilər.   Sfera.az bildirir ki, bu barədə türkiyəli seysmoloq Naci Görür proqnoz verib.   Mütəxəssi...

Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti TAPILDI

Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batan yeniyetmənin cəsədi tapılıb...